Adamın ölümü - mollanın bayramı.

Wedding and funeral are both good for a priest. Одна радость попу: что свадьба, что похороны.
adamın ödü ağzına gəlir
Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.
OBASTAN VİKİ
Mollanın Sərgüzəşti (1960)
Film-felyeton din pərdəsi altında hər cür fırıldağa əl atan, dindarların hesabına qeyri-normal həyat tərzi keçirən "molla"nı ifşa edir. Ssenari müəllifi: Kəramət Tağıyev, Fərman Eyvazlı Quruluşçu rejissor: T. Sasanpur Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Vladimir Zbudski (V. Zbudski kimi) Filmin direktoru: M. Axundov Möhsün Sənani — Molla Fətəli Nəsibə Zeynalova — Gülsüm Törəxanım Zeynalova (Törə Zeynalova kimi) — qarı Əli Mənsur — Əli kişi Rima Məmmədova — qız Əli Zeynalov — sürücü M. Pirili H. Xəlqi Əkbər Fərzəliyev F. Məmmədov R. Kərimov İbrahim Azəri Sultanov Əlizadə, M. “Mollanın sərgüzəşti” [kino] //Kommunist.- 1960.- 30 noyabr.
Artıq adamın gündəliyi
Artıq adamın gündəliyi (rus. «Дневник лишнего человека») — rus yazıçısı İvan Turgenevin 1850-ci ildə yazdığı novelladır. Cəmi 31 yaşı olsa da, naməlum xəstəlikdən dünyasını dəyişən və həyatında baş verən hadisələri danışarkən ömrünə sayılı günlər qalan Tçulkaturin adlı şəxs tərəfindən gündəlik şəklində birinci şəxs tərəfindən yazılmışdır. Hekayə rus ədəbi anlayışının arxetipinə çevrildi. İlk dəfə 1850-ci ildə " Oteçestvennıe Zapiski " də çap olunub. Turgenev hekayə üzərində işi 1850-ci ildə Parisdə tamamladı. "Gündəlik" və yazıçının yaradıcılığında “əlavə adam” mövzusuna başlayır. Müəllif bundan əvvəl də müraciət etmişdi, lakin əvvəlki əsərlər istehza və polemikaya bürünmüşdüsə, “Gündəlik”in əsasını daha obyektiv və dərin psixoloji təhlil təşkil edir. Yazıçı xüsusilə xarakterin hərtərəfli təsviri problemi ilə maraqlanır, Turgenevin psixologizmi burada yerləşir, amma romantik deyil, real əsasda. Müəllifin özü də “Gündəlik”i uğurlu əsər hesab edirdi.
Bozqurdların ölümü
Bozqurdların ölümü — Nihal Atsızın Maltəpədə 13 aprel 1946-cı ildə tamamladığı, Göytürk xaqanlığı tarixindən bir hissəni və Kür Şad dastanından bəhs etdiyi romanıdır. Roman tələbə olan bir qrup gəncin söhbət əsnasında içlərindən ədəbiyyatçı olanın hekayəni danışması ilə başlanır. Əsər Bozqurdlar dirilir romanının ilk hissəsi sayılır. == Mövzu == Edilən müharibələr və birləşən boylar vasitəsilə Göytürklər olduqca varlanırlar, lakin Çin Tan sülaləsisakit dayanmır. Çuliq xaqanın çinli xatunu İ-Çin Xatun xaqanı zəhərləyir. Xaqanın yerinə keçən Qara xaqan da eyni qadınla evlənincə daxili toqquşmalar başlayır. Çuluq xaqanın kiçik oğlu Kür Şad və tərəfdarlarıəvvəldən bu çinli qadına nifrət edirlər, lakin xaqana qarşı hörmətsizlik etmək törələrə görə qadağandır. Bu çinli qadının qardaşı da türklərə qarşı çinlilərə casusluq edir və türklərin əxlaqını pozmağa başlayır. Tədricən zəifləyən Göytürklər Çinə edilən son səfərdə məğlub olub, əsir düşürlər. Uzun illər davam edən əsarətdə Çinin təzyiqlərinə baxmayaraq kimliklərini itirməyən Kür Şad və 40 tərəfdarı Çinə qarşı üsyan başladırlar.
Hiakinfin ölümü
Hiakinfin ölümü (fr. La Mort d'Hyacinthe) — Jan Brok tərəfindən 1801-ci ildə tamamlanmış rəsm əsəridir. Əsər Puatye şəhərindəki San-Krua muzeyində sərgilənir. Brokun ən məşhur əsəri olan tabloda məşhur roma şairi Ovidin "Metamorfozlar" əsərindən səhnə təsvir edilmişdir. Əsərdə ölmüş Hiakinfin sevgilisi olan yunan tanrısı Apollon tərəfindən qucaqlanması göstərilmişdir. Onların qarşısında Apollon tərəfindən atılmış və Hiakinfin ölümünə səbəb olmuş disk vardır. Hiakinfə aşiq olan Zefir, onu Apollona qısqandığı üçün qərb küləyi vasitəsiylə diski Hiakinfə yönləndirmişdir. Hiakinfin qanının töküldüyü yerdən sünbülçiçək çıxmışdır. Rəsmdə qırmızı arxalığı və lirası ilə seçilən Apollon huşunu itirmiş Hiakinfin bədənini qucaqlayaraq saxlayır. Apollonun ayağı qarşısında Hiakinfin ölümünə səbəb olmuş disk vardır.
Körpə ölümü
Körpə ölümü — 1 yaşınadək uşaqların ölümü. Belə ölümlərin sayı hər 1000 doğuş üzrə bir yaşınadək uşaqların ölüm sayını göstərən körpə ölümü göstəricisi ilə ölçülür. Beş yaşadək ölüm uşaq ölümü göstəricisi hesab edilir və burda da mühüm statistika var. Körpə ölümü daha çox erkən doğum zamanı baş verir. Digər əsas səbəblər boğulma, pnevmaniya, doğuş zamanı yaranan qüsurlar (məsələn, dölün göbək ciyəsinin anomaliyaları), eləcə də doğuş prosesinin uzun müddət davam etməsi, neonatal infeksiya, ishal, malyariya, qızılca və aclıqdır (malnutrisiya). Körpə ölümlərinin qarşısını almağın mümkün olduğu ən geniş yayılmış səbəblərindən biri də hamiləlik zamanı siqaret çəkməkdir. Bir çox faktorlar körpə ölümünə münbit şərait yaradır: ananın təhsil səviyyəsi, ətraf mühitin vəziyyəti və siyasi və tibbi infrastruktur. Sanitariyanın təkmilləşdirilməsi, təmiz içməli suya çatımlılıq, infeksion xəstəliklərə qarşı immunizasiya və digər sağlamlıq tədbirləri yüksək səviyyədəki körpə ölümünü azaltmağa kömək edə bilər. 1990-cı ildə dünyada yaşı 1-dən aşağı olan 9 milyon körpə ölmüşdü. 2015-ci ilədək bu rəqəm 4,6 milyona enmişdi.
Sardanapalın ölümü
"Sardanapalın ölümü" (fr. La Mort de Sardanapale) — fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş 5-metrlik tarixi motivli tablo Rəsm əsəri 1827-1828 ci illərdə Luvrda sərgilənmişdir. Bu əsərə görə Ejen erotomaniya və qəddarlıq hərisliyində günahlandırılaraq şiddətli tənqid atəşinə tutulmuşdur. Ejen Delakrua Bayron Corc Qardonun "Sardanapal" dramından götürmüşdür. Əsərdə o, Sardanapalın özünə qəsd etdiyi tax-tac yerinə dəb-dəbəli loja təsvir edilmişdir. Assuriya çarı haqqında əfsanəyə əsasən: o, ölkənin idarəsini özbaşına buraxan, əxlaqsızlığı ilə məşhur olan hökmdar olmuşdur. Onun zülmünə qarşı baş qldırmış üsyanı yatırda bilməməsi üzündən özünə qəsd edərək öldürmüşdür. Əsərdə onun öz atını, itini və qadınlarını öldürtməsi və var-dövlətini məhv etməsi təsvir edilmişdir. Bununla Ejen öz əməllərində xeyirhaq olmayanları xəbərdarlıq etmək istəmişdir. Əsərdə çar Sardanapal öz səltənətinin dağılmasına, yanıb külə dönməsinə baxmayaraq rahat simada, həzz almış kimi təsvir edilmişdir.
Sokratın ölümü
Sokratın Ölümü (Fransızca: La Mort de Socrate) 1787-ci ildə fransız rəssamı Jak-Lui David tərəfindən çəkilmiş kətan üzərində yağlı boyadır. Rəsm onun o onillikdəki bir çox əsərləri kimi klassik mövzuya diqqət yetirir, bu halda Platonun öz Fedonunda Sokratın edam hekayəsi. Bu hekayədə Sokrat Afina gənclərini korlamaqda və qəribə tanrıları tanıtmaqda günahkar bilinir və zəhərli baldıran içərək ölümə məhkum edilir. Sokrat fürsət düşəndə ​​qaçmaqdansa, öz ölümünü şagirdləri üçün son dərs kimi istifadə edir və bununla sakitliklə üzləşir. Fedon Sokratın ölümünü təsvir edir və eyni zamanda Platonun filosofun son günlərini təfərrüatlandıran dördüncü və sonuncu dialoqudur ki, bu da Euthyphro, Apology və Crito-da ətraflı təsvir edilmişdir.
Mollanın sərgüzəşti (film, 1960)
Film-felyeton din pərdəsi altında hər cür fırıldağa əl atan, dindarların hesabına qeyri-normal həyat tərzi keçirən "molla"nı ifşa edir. Ssenari müəllifi: Kəramət Tağıyev, Fərman Eyvazlı Quruluşçu rejissor: T. Sasanpur Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Cəbrayıl Əzimov Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Vladimir Zbudski (V. Zbudski kimi) Filmin direktoru: M. Axundov Möhsün Sənani — Molla Fətəli Nəsibə Zeynalova — Gülsüm Törəxanım Zeynalova (Törə Zeynalova kimi) — qarı Əli Mənsur — Əli kişi Rima Məmmədova — qız Əli Zeynalov — sürücü M. Pirili H. Xəlqi Əkbər Fərzəliyev F. Məmmədov R. Kərimov İbrahim Azəri Sultanov Əlizadə, M. “Mollanın sərgüzəşti” [kino] //Kommunist.- 1960.- 30 noyabr.
Gülünc adamın yuxusu (hekayə)
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir. Hekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır. Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi.
Fitr bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Gül bayramı
Gül bayramı — Azərbaycanda müxtəlif dövrlərdə qeyd edilmiş bayram. Tarixən Şirvanda və Azərbaycanın şimal-qərb zonasında keçirilmişdir. 2000-ci ildən etibarən paytaxt Bakı şəhərində Heydər Əliyevin xatirəsi şərəfinə keçirilmişdir.. Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi. Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi. Bayram Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündə, 10 may tarixində başlayır, bir neçə gün davam edir və təntənəli atəşfəşanlıqla başa çatır. Bu günlər ərzində, ənənəvi olaraq Heydər Əliyev adına parkda dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilmiş kompozisiyalardan ibarət gül sərgisi keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilir. Hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur.
Hamursuz Bayramı
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Kürmükoba bayramı
Kürmükoba bayramı — Azərbaycan və gürcü xalqlarının nümayəndələri bir araya gələrək yaz və payızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Qax rayonunun Kürmük deyilən ərazisində təşkil olunur. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür. Bu bayramın tarixçəsi əslində Kürmük məbədi və onun yerləşdiyi ərazi ilə sıx bağlıdır. Bayramın tarixi köklərinin qədim olması, bayramda bir çox adətlərin və fərqli dinlərə malik ayinlərin işlənməsi ilə xarakterikdir. Bayramın kökündə fərqli inanclar durur. Diqqəti çəkən məqəmlardan biri bayramın yaz və payız aylarında keçirilməsidir. "Kürmük Oba Bayramı" məbəd yolundan başlayır və məbədin ziyarətilə başa çatır. Əsas məbədə aparan yolun üstündə, iri qapını xatırladan nəhəng qara daş var. Qara daşın üzərində olan bu çökəklə bağlı əfsanəyə görə bura hələ İsa Məsihin sağlığında kilsə olub..
Milad bayramı
Milad bayramı (ivr. ‏חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayram. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər. Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir.
Mövlud bayramı
Mövlud bayramı — Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunması. Mövlud ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir. Tarixçilərin bəzisi Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar. Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq İslam peyğəmbərinin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981–ci ildə Ayətullah Xomeyninin təklifi ilə[mənbə göstərin], 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər. Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur. Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır.
Nar bayramı
Nar bayramı — Azərbaycan ərazisində, əsasən də Göyçay rayonunda, nar yığımı vaxtı keçirilən bayram şənliyi. Nar Bayramı hər ilin oktyabr və noyabr aylarında Azərbaycanın Göyçay rayonunda nar və ondan ənənəvi istifadə üsullarını və onun simvolik mənasını qeyd etmək məqsədilə təşkil edilən festivaldır. "Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir. Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər. "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bayram Azərbaycanın nar paytaxtı olan Göyçayda keçirilir, burada 4 min hektar sahədə nar yetişən bağlar salınıb. Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir. Nar bayramı festivalının proqramına nar yarmarkası, ondan hazırlanan şirə, Azərbaycan mətbəxinin təamlarının dequstasiyası, folklor, rəqs, mahnı qruplarının və idmançıların çıxışı, eləçə də müxtəlif müsabiqələr daxildir.
Novruz Bayramı
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Opet bayramı
Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur. Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999 Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. — 2010.
Pasxa bayramı
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Qamış bayramı
Qamış bayramı və ya Qamış rəqsi — Esvatiniin Manzini şəhər stadionunda hər il keçirilən bayram. Qamış bayramı zamanı on minlərlə bakirə qız stadiona toplaşır, qurşaqdan yuxarı lüt rəqs edir, əllərində tutduqları qamışları yellədir və kralın diqqətini cəlb etməyə çalışırdılar. 43 yaşlı kral da ən yaxşı rəqs edən, qamışı ən yaxşı yellədən qızı seçir və onu saraya aparırdı. Orada yeni arvadına "saray" adlanan yeni ev tikdirən kral ənənəyə görə, "Qamış bayramı"nda seçilmiş "gəlin"ə bahalı maşın almalıydı. Həmin izdivacdan uşaq doğulanda isə bayramda seçilmiş qız kraliçaya, kralın yeni arvadına çevrilirdi.
Qurban Bayramı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Ramazan Bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibətilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Salavat bayramı
Salavat bayramı (başq. Salauat yıyını) — Salavat Yulayev günləri çərçivəsində qeyd olunan respublika səviyyəli folklor bayramı. "Başqırdıstan Respublikasında Salavat Yulayev günlərinin keçirilməsi barədə" sərəncam Respublika prezidenti tərəfindən 2004-cü ilin iyulunda imzalanıb. Həmin vaxtdan etibarən "Salauat yıyını" hər il Respublikanın müxtəlif şəhər və rayonlarında keçirilir. Əvvəlcə təsnifat mərhələsi keçirilir. Respublikanın folklor bayramı olan "Salauat yıyını"nın keçirilməsinin məqsəd və vəzifələri aşağıdakılardır: Xalq yaradıcılığının qorunub saxlanılması və inkişafı; Yetişməkdə olan nəsildə Salavat Yulayev obrazında vətənə, onun tarixi keçmişinə sevgi, milli qürur, yaşlı nəslə hörmət və qayğı hissi aşılamaq; Başqırd xalqının milli adətlərin təşviqatı və təbliğatı; Milli İdman növlərinin təbliğ edilməsi; Sağlam həyat tərzinin təbliğ edilməsi. Bayram çərçivəsində yarış keçirilir: "Salauat yıyını batırı", "Saya kızzar", yurt müsabiqəsi, ənənəvi idman yarışları (kisə ilə qaçış, yun üzərində gediş, kisə ilə mübarizə, kureş (güləş) , Salavat Yulayev adına kürəş mübarizəsi turniri). 2015-ci ildə "Salaut yıyını" proqramına qalibin Bayka Aydar adına mükafatla təltif olunduğu sesenlər yarışı da əlavə edildi. 2004 — Başqırdıstanın Salavat rayonu 2005 — Başqırdıstanın Salavat rayonu 2006 — Başqırdıstanın Baltaçevskiy rayonu 2007 — Başqırdıstanın Çekmaquşevskiy rayonu 2008 — Salavat şəhəri 2009 Ufa şəhəri 2010 — Başqırdıstanın İşimbay rayonu 2011 — Başqırdıstanın Salavat rayonu 2012 — Başqırdıstanın Salavat rayonu 2013 — Başqırdıstanın Salavat rayonu 2014 — Başqırdıstanın Salavat rayonu "Salauat yıyını −2010" tarixi məkan olan Toratau dağlarının ətəyində qeyd olundu. Məhz bu yerdə ərazi yıyını keçirilirdi və başqırd tayfaları taleəhəmiyyətli məsələlərin həlli üçün burada toplaşardılar.
Susəpən bayramı
Susəpən bayramı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ordubad bölgəsində yayın girməsi ilə əlaqədar keçirilən bayram mərasimi Xalq təqviminə uyğun olaraq Azərbaycan xalqının qışın və yazın qarşılanması üçün mərasim (çillə) və bayram (Novruz) qeyd edərlər. Son dövrün araşdırmalarından və toplanmış etnoqrafik çöl materiallarından məlum olur ki, Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli “Susəpən” mərasimi qeyd edilərdi. İyun ayının 21-də yazın bitib, yayın girdiyi gün Ordubad bölgəsində Gilançay vadisinin yuxarı hissəsində “Susəpən” adlı mərasim keçirirdilər. Mərasim zamanı ətraf kəndlərin insanları da şənliyə qoşulardı. Mərasimdə bu bölgənin əhalisi səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini, Qara piri ziyarət edirdilər. Ziyarət üçün əvvəlcədən hər cür hazırlıq işləri görülürdü. İnanc yerlərinə gedərkən yol boyu insanlar bir birinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra insanlar Gəmiqayaya abidəsinə doğru üz tutardılar. Əsl şənliklər burda başlanılırdı. Xüsusi bayram yeməkləri hazırlanır, at yarışları, yallı və s.
Yemiş bayramı
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.